...

Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək

İdman Materials 6 Aprel 2023 05:52 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək

Bakı. Trend:

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Trend xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançılar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Sloveniya millisinin dünya kuboku yarışları üçün heyəti açıqlanıb. Komanda Bakıda iki gimnastla təmsil olunacaq. Belə ki, dünya çempionatının bürünc mükafatçısı Yekaterina Vedeneeva və Brigita Kraşoveç fərdi proqramda çıxış edəcəklər.

Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti