...

"Sabah" komandası avrokuboklarla vidalaşıb

İdman Materials 18 Avqust 2023 01:57 (UTC +04:00)
"Sabah" komandası avrokuboklarla vidalaşıb

Bakı. Trend:

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçı başa çatıb.

Trend-in məlumatına görə, görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qolları 30-cu dəqiqə Mateus Saldanya və 58-ci dəqiqədə Bibras Natxo vurublar.

Bakıdakı ilk qarşılaşmada "Sabah" rəqibini 2 cavabsız qolla məğlub etdiyindən ümumi hesab bərabərləşib. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda hesab deyisməyib və penaltilər seriyası keçirilib. Burada "Partizan" komandası 5:4 hesabı ilə qalib gəlib.

Beliklə, "Sabah" klubu avrokuboklarla vidalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti