...

Azərbaycanlı boksçular beynəlxalq yarışda gümüş və bürünc medal əldə ediblər (FOTO)

İdman Materials 24 Avqust 2023 16:55 (UTC +04:00)
Azərbaycanlı boksçular beynəlxalq yarışda gümüş və bürünc medal əldə ediblər (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Avqustun 24-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında ölkəmizi boksda təmsil edən idmançıların mükafatlandırma mərasimi keçirilib.

Trend xəbər verir ki, ötən gün boksçumuz Zeynəb Rəhimova (54 kq) Rusiya təmsilçisi Valeriya Linkovaya məğlub olub. Bununla da o, bürünc medala sahib olub. Bu gün isə onun mükafatlandırma mərasimi keçirilib. Eyni zamanda final görüşündə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Marjona Savriyeva Venezuela təmsilçisi Brito Guevara ilə mübarizədən məğlubiyyət ilə ayrılıb və gümüş medal qazanıb.

Mehparə Məmmədova (48 kq) rəqibi qazaxıstanlı Kudalbergen Anelə məğlub olub və nəticədə bürünc medala yiyələnib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti