...

Azərbaycan millisi Qazaxıstana uduzdu - DÇ-2024

İdman Materials 11 Oktyabr 2023 20:33 (UTC +04:00)
Azərbaycan millisi Qazaxıstana uduzdu - DÇ-2024
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsində növbəti oyununu keçirib.

Trend xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu kollektiv Astanada Qazaxıstan yığmasının qonağı olub.

“Jekpe Jek” arenasında oynanılan qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

Matça yaxşı başlayan Azərbaycan millisi ilk hissəsinin əvvəllərində 2 top vursa da, qələbə hesabını qoruyub saxlaya bilməyib.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Qazaxıstan seçməsi liderliyini möhkəmlədib. Üç xalı olan Azərbaycan yığması isə üçüncü pillədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti