...

Bakıya ötən səfərdə hər şeyin öhdəsindən yaxşı gəldik - “Bayer” rəsmisi

İdman Materials 6 Mart 2024 13:35 (UTC +04:00)

Bakı. Trend:

Çempionatla paralel Avropada da oynamağımız bizi qane edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Bayer”in idman direktoru Saymon Rolfes bildirib.

Avropa Liqasının 1/8 final mərhələsinin sabah keçiriləcək ilk oyununda “Qarabağ”la qarşılaşacaq Almaniya klubunun rəsmisi daxili arena və avrokuboklarda oynamaqdan çəkinmədiklərini bildirib.

O qeyd edib ki, komandası sıx təqvimdən çəkinmir və Bundesliqadakı çempionluq naminə digər turnirlərin arxa plana keçirmək niyyətindən uzaqdır:

“Biz daha çox oyun keçirmək istəyirik. Tez-tez oynamağın tərəfdarıyıq. Bakıya ötən səfərdə hər şeyin öhdəsindən yaxşı gəldik. Vaxt fərqi və uzaq səfərə baxmayaraq yaxşı oyun keçirdik”.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Bayer” matçı saat 21:45-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti