...

Mayk Tayson bloger Ceyk Polla döyüşəcək

İdman Materials 8 Mart 2024 04:40 (UTC +04:00)
Mayk Tayson bloger Ceyk Polla döyüşəcək

Bakı. Trend:

Boks üzrə keçmiş mütləq dünya çempionu amerikalı Mayk Tayson həmyerlisi bloger Ceyk Polla döyüşəcək.

Trend-in məlumatına görə, C.Pol bu barədə "X" səhifəsində bildirib.

Boks qaydalarına uyğun keçiriləcək döyüş iyulun 20-də baş tutacaq.

Taysonun 57 yaşı var. Onun 50 qələbəsi (44-ü nokautla) və 6 məğlubiyyəti var, daha iki döyüş etibarsız sayılıb. 27 yaşlı C.Polun boks döyüşünə 9 qələbə (6 nokaut), 1 məğlubiyyət daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti