...

“Sabah” öz meydanında “Qəbələ”ni məğlub edib

İdman Materials 9 Mart 2024 20:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, günün ikinci oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər. “Bank Respublika Arena”da reallaşan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 9-cu dəqiqədə David Volkov açıb. Gürcüstanlı hücumçu 41-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Matçın yekun nəticəsini 45+3-cü dəqiqədə Əyyub Allaş müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 37-yə çatdıran “Sabah” üçüncü yerə yüksəlib. “Qəbələ”isə 15 xalla sonuncudur.

Günün ilk matçında “Kəpəz” və “Neftçi” bol qollu sülhə razılaşıblar - 3:3.

Martın 9-da turun açılış görüşündə isə “Sumqayıt” səfərdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura martın 10-da keçiriləcək “Turan Tovuz”-“Araz-Naxçıvan” və “Qarabağ”-“Zirə” oyunları ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti