...

“Qarabağ”ın hakimi təhqir edən futbolçusu cəzalandırıldı

İdman Materials 26 Mart 2024 13:30 (UTC +04:00)
“Qarabağ”ın hakimi təhqir edən futbolçusu cəzalandırıldı

Bakı. Trend:

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib.

Oyunun rəsmi şəxsini - hakimi təhqir edən Elvin Cəfərquliyev UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiya edilib.

“Qarabağ”ın futbolçusu “Bayer”lə 1/8 finalın ilk matçını buraxsa da, cəzanın çəkilməyən hissəsi növbəti mövsümə qalıb. Almaniya klubu ilə cavab görüşündə aldığı qırmızı vərəqəni də nəzərə alsaq, Cəfərquliyev 2024/25 mövsümünə iki matçlıq diskvalifikasiya ilə başlayacaq.

Bu görüşdə “Braqa” da futbolçularının düzgün olmayan davranışına görə xəbərdarlıq alıb.

Qeyd edək ki, “Qarabağ” evdəki görüşdə 2:3 hesabı ilə uduzsa da, 1/8 finala yüksəlib.

Xəbər lenti

Xəbər lenti