...

Cüdoçumuz Avropa kubokunda 3-cü olub

İdman Materials 7 Aprel 2024 00:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı cüdoçu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən qadınlar arasında Avropa kubokunda bürünc medal qazanıb.

Trend-ə İdman.biz-ə istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı fəxri kürsüdə yer alıb.

Yarışın ilk günündə 3 çəkidə 3 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ramilə Əliyeva (48 kq) və Nərgiz Hacıyeva (57 kq) medalçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, bu gün start götürən turnir sabah başa çatacaq.

Xəbər lenti

Xəbər lenti