...

Kriştiano Ronaldodan qol rekordu (VİDEO)

İdman Materials 28 May 2024 09:31 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasında tarixə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu “Əl-İttiahad”la (4:2) mövsümün son oyununda dubl edərək vurduğu qolların sayını 35-ə çatdırıb.

Nəticədə 31 matçda 35 dəfə fərqlənən Ronaldo Səudiyyə Ərəbistanı Liqasında 1 mövsümdə ən çox qol vuran futbolçu adına yiyələnib. O, həmçinin dörd fərqli liqada (İspaniya, İtaliya, İngiltərə və Səudiyyə Ərəbistanı) bombardir olan ilk oyunçu kimi tarixə düşüb.

Xəbər lenti

Xəbər lenti