...

Azərbaycan basketbol millisi Avropa kubokunda çıxış edəcək

İdman Materials 10 İyun 2024 00:03 (UTC +04:00)
Azərbaycan basketbol millisi Avropa kubokunda çıxış edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa kubokunda çıxış edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız təsnifat mərhələsində uğur qazanıb.

Yarımfinalında İrlandiyanı 21:12 hesabı ilə məğlub edən milli finalda Kiprlə qarşılaşıb. Komandamız həlledici görüşü də yüksək səviyyədə keçirərək, qələbəni bayram edib - 20:18.

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də keçiriləcək. Turnirə Avstriya ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti