...

İspaniya Xorvatiyaya qarşı - Avro-2024

İdman Materials 15 İyun 2024 10:05 (UTC +04:00)
İspaniya Xorvatiyaya qarşı - Avro-2024
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.

Trend xəbər verir ki, qarşılaşmalar A və B qruplarında olacaq.

A qrupunda Macarıstan və İsveçrə komandaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya - Xorvatiya və İtaliya - Albaniya matçları oynanılacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.

Qeyd edək ki, turnirin açılış oyununda ötən gün Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti