...

Didye Deşam Fernandu Santuşa çatıb

İdman Materials 18 İyun 2024 16:44 (UTC +04:00)
Didye Deşam Fernandu Santuşa çatıb

Bakı. Trend:

AVRO-2024-də ilk oyununu keçirən Fransa millisi baş məşqçisi Didye Deşamın rəhbərliyi altında 6-cı final mərhələsində mübarizəyə başlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “üçrənglilər” mütəxəssisin başçılığı ilə üç dünya, üç Avropa çempionatında meydana çıxıb.

Deşam “Köhnə qitə” yığmalarında ən azı 6 belə turnirə qatılan 4-cü mütəxəssisdir. Fransalı Helmut Şon və Fernandu Santuşa çatıb.

Azərbaycan millisinin indiki baş məşqçisi Yunanıstan və Portuqaliya ilə ümumilikdə 3 dünya, 3 qitə çempionatında iştirak edib. Şon isə Almaniyanı 4 dünya və 2 Avropa çempionatında uğura daşıyıb.

Bu üç mütəxəssis rekordçudan bir turnir geri qalır. Avropa rekordu Yoahim Lövdədir. O, Almaniyaya 3 dünya, 4 qitə çempionatında rəhbərlik edib.

Qeyd edək ki, Fransa AVRO-2024-ə Avstriya üzərində qələbə ilə başlayıb – 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti