...

Çexiyalı müdafiəçidən Portuqaliyaya "hədiyyə"

İdman Materials 19 İyun 2024 00:59 (UTC +04:00)
Çexiyalı müdafiəçidən Portuqaliyaya "hədiyyə"
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün qrup mərhələsində I tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün son matçı F qrupunda baş tutub.

Portuqaliya millisi Çexiyanı sınağa çəkib. Kriştiano Ronaldo və komandası çətin qələbə qazanıb. 62-ci dəqiqədə hesabı açan çexlərə müdafiəçi Robin Hranaç sevinməyə mane olub. Əvvəlcə o avtoqola imza atıb. 90+2-ci dəqiqədə isə adi vəziyyətdə topu rəqib futbolçuya hədiyyə edərək, Çexiya yığmasını xalsız qoyub.

Qeyd edək ki, II tura sabah start veriləcək.

AVRO-2024
Qrup mərhələsi, I tur
18 iyun, F qrupu
23:00. Portuqaliya - Çexiya - 2:1
Qollar:
Robin Hranaç, 69 (öz qapısına). Fransisko Konseysao, 90+2 - Lukaş Provod, 62
Baş hakim: Marko Quida (İtaliya)
Leypsiqştadion

Xəbər lenti

Xəbər lenti