...

“Qalatasaray” və “Beşiktaş” arasındakı Superkubokun vaxtı dəqiqləşib

İdman Materials 12 İyul 2024 01:52 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və stadion bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

“Qalatasaray” və “Beşiktaş” arasındakı oyun Atatürk Olimpiya stadionunda baş tutacaq. Avqustun 3-də keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Qeyd edək ki, “Qalatasaray” son Türkiyə çempionatının, “Beşiktaş” isə kubokunun qalibi olub.

Xəbər lenti

Xəbər lenti