...

Slavişa Radoviç “Sumqayıt”da

İdman Materials 12 İyul 2024 03:43 (UTC +04:00)

Bakı. Trend:

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb.

Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə 1+1 illik anlaşma əldə olunub. Radoviç “Sumqayıt”da 3 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Gənclik şəhəri” təmsilçisi buna qədər Rəhim Sadıxov və Fernando Medeirosun keçidini rəsmiləşdirib.

Xəbər lenti

Xəbər lenti