Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Konfrans Liqasında çıxışını davam etdirən “Sabah”la “Zirə” ev matçına çıxıb.
Krunoslav Renduliçin komandası “Şamaxı”nı qəbul edib. Meydan sahibləri 2:0 hesablı üstünlüyü qoruya bilməyiblər. Şamaxılılar Premyer Liqaya dönüşü 1 xalla qeyd ediblər.
"Sabah"ın heyyətində qollarıNamik Ələskərov və Xəyal Əliyev vurub. "Şamaxı"nın heyyətində isə Rüfət Abbasov və Belajdi Pusi fərqləniblər.
Rəşad Sadıqovun yetirmələri isə “Səbail”lə görüşüb. Davit Volkov 1-ci hissədə het-trik edərək, komandasının qələbəsində böyük rol oynayıb. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxıblar.
Qeyd edək ki, növbəti turun oyunları avqustun 9-11-də keçiriləcək.