Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, II tur Bakıda baş tutacaq matçlarla davam edib.
İlk turda böyükhesablı məğlubiyyət alan komandalar bir xalla kifayətlənən klubları qəbul edəcək. Bölgə təmsilçilərinin duelində “Araz-Naxçıvan” “Şamaxı”nı sınağa çəkib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
“Neftçi” isə Bakı derbisində “Səbail”in qonağı olub. Tərəflər hərəyə 1 qol və 1 xala razılaşıblar.
Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. Tura isə sabah yekun vurulacaq.