Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, iki matçı qeyri-müəyyən vaxta təxirə düşən turun son günündə bir matç baş tutub.
Günün yeganə qarşılaşmasında “Neftçi” “Sabah”ı qəbul edib. Mövsümə uğursuz başlayan Bakı klublarının paytaxt derbisində "Sabah" qələbə qazanıb. Fasilədən sonra 2 qol vuran Krunoslav Renduliçin komandası ilk qələbəsini qazanıb. "Neftçi" isə ardıcıl 2 heç-heçədən sonra ilk məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, iki oyunu dünən baş tutan turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” matçları təxirə salınıb.