Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulub
Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun son günündə iki oyun keçirilib.
Hər iki matç Bakıda baş tutacaq. "Sabah" "Sumqayıt"ı qəbul edib. Hesabı qonaq komanda açsa da, meydan sahibləri oyunda dönüş yarada biliblər. 3 qol vuran Masazır təmsilçisi ikinci pilləyə yüksəlib.
"Zirə" isə "Şamaxı"nı sınağa çəkib. Oyunun əvvəlində hesabı açan qonaqlar üstünlüyü sonadək qoruya biliblər. Yeganə qolun müəllifi yeni transfer Leroy Mikels olub.
Qeyd edək ki, növbəti turun görüşləri avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək.