...

Şçesnı karyerasını bərpa edə bilər

İdman Materials 25 Sentyabr 2024 00:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşalı qapıçı Voytsex Şçesnı karyerasını bərpa edə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onun "Barselona" ilə danışıqlar aparması xəbərləri yayılıb.

Mark-Andre ter Ştegenin ağır zədə alması Kataloniya klubunu çətin vəziyyətdə qoyub. "Barsa" bu məqsədlə qolkiper axtarışına çıxıb. Yayda karyerasını bitirən Şçesnı kataloniyalılardan sərfəli təklif alacağı təqdirdə yenidən yaşıl sahələrə dönəcəyini bildirib.

Qeyd edək ki, 34 yaşlı polşalı karyerası ərzində "Arsenal", "Brentford", "Roma" və "Yuventus"un şərəfini qoruyub.

Xəbər lenti

Xəbər lenti