Azərbaycan ilk dəfə olaraq fiqurlu konkisürmə üzrə Qran-priyə ev sahibliyi edəcək

İdman Materials 1 Oktyabr 2024 04:22 (UTC +04:00)
Azərbaycan ilk dəfə olaraq fiqurlu konkisürmə üzrə Qran-priyə ev sahibliyi edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Konkisürmə Birliyinə (ISU) yeniyetmələr arasında Qran-pri yarışının 2025-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı ünvanladığı müraciəti müsbət qarşılanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, federasiyanın təqdim etdiyi sənədlərin ətraflı müzakirəsindən sonra ISU tərəfindən 2025-ci il 24-27 sentyabr tarixlərində yarışın Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib.

Qran-priyə 20-dən artıq ölkənin 150-ə yaxın idmançısının qatılacağı gözlənilir.

Qeyd edək ki, irimiqyaslı idman yarışı Azərbaycanın fiqurlu konkisürmə tarixdə ilk dəfə olaraq keçiriləcək. Sözügedən yarışın təşkilindən sonra Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən ölkəmizdə fiqurlu konkisürmə üzrə dünya çempionatının keçirilməsi üçün müraciət edilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti