...

Məmmədyarov və Rəcəbov Londonda yenidən qarşılaşa bilər

İdman Materials 8 Oktyabr 2024 14:37 (UTC +04:00)
Məmmədyarov və Rəcəbov Londonda yenidən qarşılaşa bilər

Bakı. Trend:

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov növbəti görüşlərini oktyabrın 10-da Londonda keçirə bilərlər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, məhz həmin gün Azərbaycan şahmatçılarının çıxış etdiyi Qlobal Şahmat Liqasında “Alaskan Knights” və “Triveni Continental Kings” komandaları arasında IX turun oyunu keçiriləcək.

Qeyd edək ki, komandalar arasında ilk turun görüşü “Alaskan Knights”ın xeyrinə başa çatıb və Məmmədyarov üçüncü lövhədə Rəcəbovdan güclü olub. Şəhriyarın klubu turnirə başçılıq edir, Teymurun komandası isə üçüncüdür.

Xəbər lenti

Xəbər lenti