Bakı. Trend:
İspaniya Krallığı Futbol Federasiyası ölkə Superkuboku finalının qaydaları ilə bağlı dəyişiklik edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, həlledici oyunda əlavə vaxt ləğv olunub.
Federasiyanın komissiyası yarış qaydalarının dəyişikliyi ilə bağlı təklifi qəbul edib. Bunda sonra final matçı heç-heçə yekunlaşarsa, birbaşa penalti zərbələri yerinə yetiriləcək.
Qeyd edək ki, İspaniya Superkuboku 2019/2020 mövsümdən 4 komandanın iştirakı ilə keçirilib. Son qalib "Real" olub.