...

Ağırlıqqaldıranımız dünya çempionatında uğurla çıxış edib

İdman Materials 9 Dekabr 2024 21:35 (UTC +04:00)
Ağırlıqqaldıranımız dünya çempionatında uğurla çıxış edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında Azərbaycan təmsilçisi İsa Rüstəmov fərqlənib.

Trend xəbər verir ki, 73 kq çəki dərəcəsində B qrupunda mübarizə aparan Rüstəmov birdən qaldırma hərəkətində 150 kq nəticə ilə, təkanla qaldırma hərəkətində isə 178 kq ağırlıqla 4-cü yeri tutub. Ümumilikdə, 328 kq (150+178) çəkini toplayan idmançımız B qrupunu 4-cü pillədə başa vurub.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun nəticələr A qrupunda yarışan atletlərin çıxışlarından sonra müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti