Bakı. Trend:
"Fənərbaxça" qış transfer pəncərəsində heyətinə qatdığı Oqnen Mimoviçi mövsümün ikinci yarısı üçün icarəyə göndərib.
Trend xəbər verir ki, İstanbul klubu serbiyalı sağ cinah müdafiəçisini "Zenit"ə icarəyə verib.
Yerli mətbuatın məlumatına görə, artıq klublar arasında razılıq əldə olunub və 20 yaşlı futbolçu mövsümün qalan hissəsini Sankt-Peterburq təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Fənərbaxça" Oqnen Mimoviçi "Srvena Zvezda"dan transfer edib və onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Gənc futbolçu eyni zamanda Serbiya U-21 millisinin üzvüdür.