Bakı. Trend:
"Beşiktaş" futbol klubu kapitanı Necip Uysal ilə müqaviləsini yeniləyib.
Trend xəbər verir ki, İstanbul klubundan yayılan açıqlamaya görə, 34 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər imzalanıb.
Uysal, karyerası boyunca yalnız "Beşiktaş"ın formasını geyinib və komandasının heyətində 461 oyunda 9 dəfə fərqlənib.
Qeyd edək ki, Uysal zədə səbəbindən bu mövsümdə yalnız bir dəfə meydana çıxıb.