...

Şahmat üzrə Avropa çempionatının 4-cü turu keçirilib

İdman Materials 19 Mart 2025 00:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının 4-cü turu keçirilib.

Trend-in məlumatına görə, üç turdan sonra liderlər sırasına daxil olan Azərbaycanlı şahmatçı Misrətdin İskəndərov ilk məğlubiyyətini alıb. O, 100 faizlik nəticə göstərən digər bir Azərbaycanlı qrossmeyster Daniil Yuffaya (İspaniya) uduzub. Lakin digər şahmatçılarımızdan Məhəmməd Muradlı, Nicat Abasov və Aydın Süleymanlı günü qələbə ilə başa vurub. Read Səmədov uduzsa da, Əhməd Əhmədzadə yarım xala razı olub.

Azərbaycan yığmasının heyətində 4 turdan sonra ən yaxşı nəticə Məhəmməd Muradlıya məxsusdur. O, 3,5 xalla 12-ci pillədə qərarlaşıb.

Yarışda 40 ölkədən 376 şahmatçı iştirak edir ki, onlardan 13-ü Azərbaycan təmsilçisidir. Avropa çempionatında Dünya kubokuna 20 vəsiqə veriləcək.

4-cü turda Azərbaycan şahmatçılarının iştirak edəcəyi oyunlar:
Daniil Yuffa (İspaniya) - Misrətdin İskəndərov - 1:0
Daniel Darda (Belçika) - Əhməd Əhmədzadə - 0,5:0,5
Sanjin Kulum (Bosniya) - Məhəmməd Muradlı - 0:1
Mustafa Yılmaz (Türkiyə) - Read Səmədov - 1:0
Aydın Süleymanlı - Filip Maqold (Rumıniya) - 1:0
Aleksandr Donçenko (Almaniya) - Vüqar Manafov - 0,5:0,5
Rasmus Sveyn (Almaniya) - Şiroğlan Talıbov - 1:0
Nicat Abasov - Lukas Dotzer (Avstriya) - 1:0
Süleyman Süleymanlı - Balaş Çonka (Macarıstan) - 0,5:0,5
Şahin Vəliyev - Radoslav Pşik (Polşa) - 0,5:0,5
Miruna Lehaci (Rumıniya) - Elmar Atakişiyev - 0,5:0,5
Oleq Maksimov (Rumıniya) - Xaqan Əhməd - 0:1
Robert Veleski (Şimali Makedoniya) – Ümid Aslanov - 0,5:0,5

Üç turdan sonra liderlər qrupu: 1. Daniil Yuffa (İspaniya) 4 xal, 2. David Navara (Çexiya), 3. Baadur Jobava (Gürcüstan), ...12. Misratdin İskəndərov - hərəyə 3,5 xal.

Xəbər lenti

Xəbər lenti