Bakı. Trend:
Hazırda “Red Bull” korporasiyasında qlobal direktor vəzifəsində çalışan almaniyalı mütəxəssis Yurgen Klopp işindən narazıdır və yenidən məşqçiliyə qayıtmaq niyyətindədir.
Trend xəbər verir ki, bu barədə UOL televiziyası məlumat yayıb.
57 yaşlı Kloppun qarşısında iki əsas seçim var – Braziliya milli komandası və Madridin “Real” klubu. Tanınmış məşqçi hər iki komandanın sükanı arxasına keçməyə hazırdır.
Qeyd edək ki, Yurgen Kloppun baş məşqçi kimi son iş yeri İngiltərənin “Liverpul” klubu olub. O, bu ilin yanvar ayından etibarən “Red Bull”da çalışır.