...

DÇ-2026: Belçika millisindən çətin qələbə, Xorvatiyadan darmadağın

İdman Materials 10 İyun 2025 01:08 (UTC +04:00)
DÇ-2026: Belçika millisindən çətin qələbə, Xorvatiyadan darmadağın

Bakı. Trend:

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun keçirilib.

Trend-in məlumatına görə, I qrupunda Norveç millisi səfərdə Estoniyaya, İtaliya yığması evdə Moldovaya qalib gəlib.

J qrupunda Qazaxıstan evdə Şimali Makedoniyaya uduzub, Belçika isə Uelslə görüşdə çətin qələbə qazanıb.

Nəhayət, L qrupunda Xorvatiya seçməsi doğma meydanda Çexiya millisini darmadağın edib, Farer adaları isə Cəbəllütariq üzərində əzmkar qələbəyə sevinib.

DÇ-2026 seçmə mərhələ, 9 iyun:

I qrupu

22:45. Estoniya – Norveç - 0:1

22:45. İtaliya – Moldova - 2:0

J qrupu

18:00. Qazaxıstan – Şimali Makedoniya - 0:1

22:45. Belçika – Uels - 4:3

L qrupu

22:45. Xorvatiya – Çexiya - 5:1

22:45. Farer adaları – Cəbəllütariq - 2:1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti