...

Qalmaqallı keçmiş UFC çempionu bu ölkənin konstitusiyasını dəyişmək istəyir

İdman Materials 5 Avqust 2025 12:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş UFC çempionu, tez-tez qalmaqalları ilə gündəmə düşən irlandiyalı qarışıq döyüş sənətləri ustası Konor Makqreqor İrandiya konstitusiyasının dəyişdirilməsi üçün onlayn petisiya başladıb.

Trend xəbər verir ki, o bunu öz “X” səhifəsində elan edib.

O bildirib ki, dəyişiklik həyata keçsə, o, İrlandiyanın prezident seçkilərində iştirak edə bilər.

“(Qanunvericilikdə) seçkilərə buraxılmaq üçün ya parlamentin iyirmi üzvündən, ya da dörd qraflıq şurasından nominasiya almaq tələb olunur. Bu sistem namizədlər arasında müəyyən siyasi nüfuz səviyyəsini qorumağa hesablanıb, lakin o, bilmədən irland xalqının birbaşa iradəsini məhdudlaşdırır”, — deyə o qeyd edib.

İrlandiyada prezident seçkiləri 2025-ci il noyabrın 11-nə təyin olunub.

2025-ci ilin martında Makqreqor noyabrda keçiriləcək növbəti seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan etmişdi. Döyüşçü miqrantların İrlandiyaya pənah gətirməsinin qəti əleyhdarıdır və hətta bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampla da müzakirə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti