...

“Bornmut” braziliyalı hücumçu Rayanın transferini rəsmiləşdirib

İdman Materials 25 Yanvar 2026 13:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin “Bornmut” və Braziliyanın “Vasko da Qama” klubları braziliyalı hücumçu Rayanın transferi ilə bağlı bütün detalları razılaşdıraraq müqavilə bağlayıblar.

Trend xəbər verir ki, futbolçu artıq İngiltərəyə yollanıb və yanvarın 26-da tibbi baxışdan keçəcək.

Razılaşmaya əsasən, “Bornmut” “Vasko da Qama”ya 28,5 milyon avro sabit məbləğ və əlavə olaraq 6,5 milyon avro bonus olmaqla ümumilikdə 35 milyon avro (70 milyon AZN) ödəyəcək.

Rayan “Vasko da Qama”nın əsas komandasında 2023-cü ilin yayından çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 99 oyunda meydana çıxaraq 25 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.

Transfermarkt portalının məlumatına görə, Rayanın bazar dəyəri 25 milyon avro (50 milyon AZN) təşkil edir.

Xəbər lenti

Xəbər lenti