...

Bu il 251 çoxmərtəbəli binaya qaz verilib

İqtisadiyyat Materials 2 Sentyabr 2016 15:37 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-avqust aylarında 251 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Bu il 251 çoxmərtəbəli binaya qaz verilib

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-avqust aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 251 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 8205 ailə yaşayır.

Məlumatda bildirilir ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti