...

Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib

İqtisadiyyat Materials 23 Sentyabr 2016 12:05 (UTC +04:00)
Sentyabrın 23-də Cəlilabad rayonunun Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib.
Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. Trend:

Sentyabrın 23-də Cəlilabad rayonunun Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 858 abonenti olan Maşlıq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29321 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti