...

"Azərbaycan Dəmir Yolları" ölkə daxilində yük daşımaların həcmini açıqladı (YENİLƏNİB)

İqtisadiyyat Materials 13 Oktyabr 2016 15:32 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildə ölkə daxilində 1,7-1,8 milyon ton yük daşımağı planlaşdırır.
"Azərbaycan Dəmir Yolları" ölkə daxilində yük daşımaların həcmini açıqladı  (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildə ölkə daxilində 1,7-1,8 milyon ton yük daşımağı planlaşdırır. Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov dəmir yolçuların peşəkar bayramına həsr olunmuş təbirdə deyib.

C. Qurbanovun sözlərinə görə, inkişaf mərhələli getməlidir: "Sındırmamaq deyil, yenidən qurmaq lazımdır. Belə ki, bizim Türkiyədə, Qazaxıstanda, Ukraynada, Gürcüstanda nümayəndəliyimiz açılır. Və əgər "Kaspar" ("Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC) daha insaflı olsa, Ukrayna və Çin kimi ölkələrdən Azərbaycan üzərindən yük axını artacaq".

Onun sözlərinə görə, QSC-nin əsas məqsədi yük daşımalarının həcmini 50 faiz, dəmir yolçuların əmək haqqını isə iki-üç dəfə artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti