...

"Samsung"dan gözləntilərinizi üstələyəcək texnologiya – rəqəmsal invertor kompressoru

İqtisadiyyat Materials 27 Dekabr 2016 10:34 (UTC +04:00)
Samsung şirkəti mətbəx texnikasının ən önəmli atributu - soyuducunun iş prinsipində innovativ dəyişikliklər edib.
"Samsung"dan gözləntilərinizi üstələyəcək texnologiya – rəqəmsal invertor kompressoru

Bakı. Trend:

Samsung şirkəti mətbəx texnikasının ən önəmli atributu - soyuducunun iş prinsipində innovativ dəyişikliklər edib.

Ənənəvi kompressorlu soyuducuların iş prinsipi hamıya tanışdır: kompressor işə düşür, soyudur və sönür. Bu iş prinsipi böyük miqdarda elektrik enerjisi sərf edir və soyuducunuzun istismar müddətini də azaldır.

Adi kompressorlu soyuduculardan fərqli olaraq, rəqəmsal idarəetməyə malik invertorlu Samsung kompressoru daha rahat və davamlı işləyir. Kompressorun stabil çalışması nəticəsində o, həddən artıq iş yükünə məruz qalmır.

Samsung invertor kompressoru sizin təyin etdiyiniz rejimə uyğun olaraq, soyutma kamerasını lazımi temperatura qədər soyudur və bu temperaturu stabil tutmağa davam edir.

Belə bir rəqəmsal nəzarət sistemi sadəcə temperaturu daha dəqiq idarə etməyə deyil, həm də kompressorun davamlılığını artırmağa, etibarlılığını yüksəltməyə və kompressorun işləməsi zamanı yaranan səs miqdarını azaltmağa səbəb olur.

Samsung-un invertor kompressorunun rəqəmsal sistemi sayəsində Sizin soyuducu elektrik enerjisinə xərclərinizi azaldaraq daha uzun müddət xidmətinizdə olacaq.

Siz Samsung soyuducularını Samsungun rəsmi dilerləri - Baku Electronics, Kontakt Home, MAXI.AZ və Samsungun brend mağazalarında əldə edə və onlar haqqında daha ətraflı məlumat ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti