...

"Azsığorta" şirkəti iri həcmli sığorta ödənişi edib

İqtisadiyyat Materials 1 İyun 2017 09:44 (UTC +04:00)
"Azsığorta" şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
"Azsığorta" şirkəti iri həcmli sığorta ödənişi edib

Bakı. Trend:

"Azsığorta" şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Qusar rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində intensiv yağışlar nəticəsində xizək eniş zolağının sürüşməsi hadisəsi baş verib. "Azsığorta" şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 234 856 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, bu ilin fevral və aprel aylarında da "Azsığorta" şirkəti iri sığorta ödənişləri həyata keçirib – dərman anbarında və yaşayış evində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə 300 000 və 40 900 manat sığorta ödənişi həyata keçirib.

"Azsığorta" şirkəti ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti