...

Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

İqtisadiyyat Materials 27 İyun 2017 22:49 (UTC +04:00)
Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır
Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

Bakı. Trend:

Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır. Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk. Trend-in məlumatına görə, bunu Polşa Prezidenti Andjey Duda Varşavada Azərbaycan-Polşa biznes forumuda çıxışı zamanı deyib.

“Bu gün Prezident İlham Əliyevin və mənim iştirakımla Prezident sarayında mühüm sənədlər imzalandı. Əminəm ki, bunun sayəsində ticarət münasibətlərimiz daha da intensiv olacaqdır. 2005-ci ildə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bunun əsasında hökumətlərarası komissiya yaradılmışdır. Komissiya Bakıda və bizim paytaxtımızda dəfələrlə görüşlər keçiribdir. Bu baxımdan, həmçinin strateji tərəfdaşlıq haqqında bu gün imzalanmış Birgə Bəyannamə əməkdaşlığımızı daha da gücləndirəcək və biz bu Bəyannamə əsasında digər sahələrdə də iş birliyi qura biləcəyik”, - deyə Polşa Prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti