...

AYİB və DEG "Unibank"ın təkrar kapitallaşdırılmasına dəstək göstərir

İqtisadiyyat Materials 30 İyun 2017 13:41 (UTC +04:00)
AYİB və DEG Azərbaycandakı digər mövcud maraqlı tərəflərlə birgə “Unibank Azərbaycan” ın təkrar kapitallaşdırılmasına dəstək göstərir
AYİB və DEG "Unibank"ın təkrar kapitallaşdırılmasına dəstək göstərir

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və KfW Bankengruppe Banklar Qrupunun tabe təşkilatı olan DEG (Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH) Azərbaycanın aparıcı banklarından biri olan “Unibank”ın nizamnamə kapitalını ümumilikdə 49 milyon AZN-dək (ABŞ dolları ilə ekvivalenti) artırmaq üçün güclərini birləşdiriblər.

Bu barədə Trend AYİB-ə istinadən məlumat verir.

AYİB nizamnamə kapitalının artmasına “Unibank”dakı mövcud hesabının 9 milyon ABŞ dollarınadək olan hissəsini yeni adi səsli səhmlərə çevirməklə və beləliklə də öz payını 22,0 faizə çatdırmaqla töhfə verib.

DEG isə bankdakı hesabının 15 milyon ABŞ dollarınadək olan hissəsini yeni adi səsli səhmlərə çevirmiş və beləliklə, öz payını 27,6 faizə çatdırıb.

“Unibank”ın əsas səhmdarı Eldar Qəribov 10 milyon AZN dəyərində yeni adi səhmlərə abunə olub və beləliklə, digər yerli səhmdarlarla birlikdə bankda nəzarətçi payını qoruyub saxlayıb.

AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duarte deyib ki, AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan “Unibank”a onun kapital bazasının gücləndirilməsində iştirak etməklə dəstək göstərir:

"Bu dəstək bankın yerli valyuta olan manatın devalvasiyasının təsirindən çıxmasına kömək edəcək və bankın yerli iqtisadiyyatı yenidən kreditləşdirməyə başlamasına imkan verəcək”.

AYİB Azərbaycandakı aparıcı institusional investorlardan biridir. Ölkədə fəaliyyətə başladığı vaxtdan etibarən AYİB maliyyə, korporativ, infrastruktur və enerji sahələrində 161 layihəyə 2,8 milyard ABŞ dollarından artıq investisiya yatırıb. Həmin investisiyaların 68 faizi özəl sektora yatırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti