Bakı. Trend:
"Ulyanovsk avtomobil zavodu" MMC Rusiyada 11 mindən çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar sükanın hidrogücləndiricisi ilə bağlı qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə istehsal olunmuş UAZ "Hanter" modellərinə şamil olunur.
Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.