...

Qobustan rayonunda elektrik təsərrüfatı yenilənib (FOTO)

İqtisadiyyat Materials 30 Avqust 2017 13:04 (UTC +04:00)
Rayon elektrik şəbəkəsinin gücü 4348 kilovatt artıb.
Qobustan rayonunda elektrik təsərrüfatı yenilənib (FOTO)

Bakı. Trend:

Qobustan rayonunda elektrik təsərrüfatı yenilənib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonda fəaliyyət göstərən 35-10 kilovoltluq yarımstansiyalar təmir olunub, 388 kilometr uzunluğunda 0,4 kilovoltluq hava xətinin 97 kilometrlik hissəsi SİP kabellərlə əvəz olunub. 19 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.

Yeni transformatorların quraşdırılması, SİB kabellərin çəkilması, yarımstansiyaların yenidən qurulması rayonun elektrik enerjisi ilə təminatında əsaslı dönüş yaradıb.

Hazırda 7088 abonentdən 3000-ə yaxını mənzillərində elektrik enerjisi təchizatı SİB-ləşmiş kabellərlə həyata keçirilir. Bundan başqa 82 km kabel yeniləri ilə əvəz olunub. 1619 ədəd istisimar müddətini başa vurmuş ağac dayaqlar yeni metal dayaqlarla əvəz olunub.

Rayon elektrik şəbəkəsinin gücü 4348 kilovatt artıb. Bu həmçinin itkilərin azalmasının nəticəsində əldə edilib. Həmçinin 4048 ədəd yeni sayğac quraşdırılıb və dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti