...

"Yeni Həyat"dan müflis elan edilməsi ilə bağlı açıqlama

İqtisadiyyat Materials 15 Sentyabr 2017 12:18 (UTC +04:00)

Bakı. Trend:

“Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı xəbərlərə dair “Yeni Həyat Şirkətlər Qrupu” MMC rəsmi açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir:

“Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət var. Bunlar “Grand Hayat” MTK – Bakı şəhəri Tbilisi prospekti 1054 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Hayat Palace” MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Park Azure” MTK - Bakı şəhəri A.Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, “Megafun” AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi. Komplekslərə xidmət göstərən “Hayat Management” MMC-dir. Müflis elan edilməsi barədə xəbər yayılmış “Yeni Həyat” MMC Zərifə Əliyeva 55 ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır və binaya xidmətin göstərilməsi üçün “Hayat Management” MMC-yə təhvil verilmişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti