Azərbaycan-İran birgə avtomobil zavodunun açılacağı vaxt bilindi - Dekabr (FOTO)

Azərbaycan-İran birgə avtomobil zavodunun açılacağı vaxt bilindi - Dekabr (FOTO)

Bakı. Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində olublar.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı Neftçala Sənaye Məhəlləsinin ofisində görüş olub və sənaye məhəlləsində görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələr mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.

Bundan başqa, Sənaye Məhəlləsinin rezidentləri olan müəssisələr dövlətin güzəştli krediti və investisiya təşviqi sənədi kimi dəstək mexanizmlərindən də istifadə ediblər. Belə ki, Neftçala Sənaye Məhəlləsinin 2 iştirakçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ümumilikdə 6,5 mln. manat dövlətin güzəştli krediti verilib. Sənaye məhəlləsinin 5 iştirakçısına isə investisiya təşviqi sənədi təqdim edilib ki, bu, həmin müəssisələrin ümumilikdə 3,6 mln. manat vəsaitə qənaət etməsinə imkan yaradıb.

Neftçala Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.

Hazırda iş adamlarının Sənaye Məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək.

Sonra millət vəkilləri Neftçala Sənaye Məhəlləsinin rezidentlərinin fəaliyyəti ilə əyani tanış olublar. Bildirilib ki, Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Müəssisənin ildə 2 min avtomobilin ixracı planlaşdırılır. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən balıq yemi istehsalı müəssisəsinin illik istehsal gücü 25 min tondur. Müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

“Metak” MMC-nin Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsalı müəssisəsinin illik istehsal gücü 2 milyon taradır. Müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq.

“Gilan PİVOT” MMC Neftçala Sənaye Məhəlləsində müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal edilir. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.

Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün emalatxana da yaradılıb. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanır. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.

“Toğrul-2008” MMC isə sənaye məhəlləsində polietilen suvarma boruları istehsal edir. Müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

“Providence Limited” MMC Neftçala Sənaye Məhəlləsində modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olur. Hazırda müəssisədə 15 nəfər çalışır.

“Azproduct” MMC-nin sənaye məhəlləsinin ərazisində balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyət göstərir. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin oktyabrında istifadəyə veriləcək müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.

Sənaye məhəlləsinin digər bir iştirakçısı olan “Sun Rise Production” MMC kağız stəkanlar və hazır içkilər istehsal edir. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib.

Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Sumqayıt Kimya Sənaye Parkında, Balaxanı Sənaye Parkında və “Yalama Aqroparkı”nda da olublar.

Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Loading Bars
Xəbər lenti
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Düşmənin daha bir PUA-sı məhv edilib
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini
Düşmənin döyüş təyyarəsi məhv edilib
Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan
Azərbaycanda 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib
Azərbaycan Ordusu yüksək əhval-ruhiyyə ilə işğal olunan torpaqlarımızı azad edir (VİDEO)
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan öz torpaqlarını geri almağa başlayıb
İranda 335 nəfər koronavirusdan öldü
Mətbuat Şurası aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət edib
ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı
Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - Nazir
Əkrəm İmamoğlu koronavirusa yoluxub (VİDEO)
Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq - Rauf Əliyev
Ermənistan Gəncədə rusiyalı yeinyetməni qətlə yetirməklə bütün dünyaya qarşı müharibə elan etdiyini göstərdi - ŞƏRH
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur
Müharibədən sonra Dağlıq Qarabağa xarici investisiya axını şübhəsizdir - İqtisadçı
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
Azərbaycan nefti ucuzlaşıb
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat
Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini (FOTO/VİDEO)
Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi (FOTO)
Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Erməni terroru nəticəsində bu gün həlak olan yeniyetmə xalasıgilə qonaq getmişdi (FOTO)
Ermənistan tərəfindən öldürülən Rusiya vətəndaşı barədə səfirliyiə məlumat verilib - Hikmət Hacıyev
Ermənistan hər dəfə atəşkəs razılaşmasını pozur, mülki əhaliyə davamlı olaraq atəş açır - Deputat
Azərbaycan tərəfə keçmək istəyən erməni mülki şəxslərə və hərbçilərə yardım göstərməyə hazırıq - Hikmət Hacıyev
Sabah hava necə olacaq?
Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib
Əlcəzair və Misir mediası Gəncə terrorundan yazıb
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev
Prezident İlham Əliyev: Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə regional haba çevrilib
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun siyasi məqsədlərindən danışıb
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur
Prezident İlham Əliyev: Bakının mərkəzində erməni kilsəsi var, bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb
Polşa prezidenti koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir
Prezident İlham Əliyev: Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalıdır
Azərbaycandakı dini konfessiyalar erməni terroruna qarşı həmrəylik nümayiş etdirib (VİDEO)
Azərbaycan Prezidenti: Müharibə dayanandan sonra Türkiyənin rolu çox mühüm və müsbət olacaq
Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb (FOTO)
Prezident İlham Əliyev: Müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır
Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər
Sabunçu sakini bıçaqla qətlə yetirilib
Azərbaycan Prezidenti: Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik
Azərbaycan Prezidenti: Ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır
Prezident İlham Əliyev: Türkiyə əsla münaqişəyə cəlb edilməyib
Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı
Prezident İlham Əliyev: Sərhədi erməni işğalçılarından tamamilə təmizlədik, İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Prezident İlham Əliyev: Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik
Cəlilabadda karantin qaydalarına riayət etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO)
Uğurla gerçəkləşən xilaskarlıq missiyası: Qarabağı yalnız İlham Əliyev kimi qətiyyətli lider azad edə bilərdi
Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib (FOTO)
MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)
Bakıda yanğın olub
Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - BŞİH (FOTO)
Bakıda minik avtomobili yanıb
Ermənistanın atdığı “Smerç” raketi yaşayış evinin həyətinə düşüb - Hikmət Hacıyev (VİDEO)
Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb - MN
Yaponiyada təxirə salınan olimpiadaya alınan biletlər geri ödəniləcək
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb
Meksika mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məqalə dərc olunub
Danimarka saat 22:00-dan sonra alkoqol satışını qadağan etdi
Ceyhun Bayramov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri ilə Qarabağ münaqişəsini müzakirə edib
Fransada koronavirusa yoluxanların sayı milyonu keçdi
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Türkiyədə koronavirusdan sağalanların sayı 311,5 mini keçib
Cəbhəboyu ərazilərdə 200-dən çox partlamamış hərbi sursat və mərmi qalıqları aşkarlanıb
Bolqarıstanda Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb (FOTO)
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib (VİDEO)
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb
Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik
Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib (VİDEO)
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - MN
Arsenalımızda kifayət qədər zirehli texnikamız var - Müdafiə Nazirliyi
Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi - Ceyhun Bayramov
Bütün xəbərlər