...

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri artacaq

İqtisadiyyat Materials 15 Noyabr 2017 11:54 (UTC +04:00)
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 3 578,8 milyon manat həcmində proqnozlaşdırılır
2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri artacaq

Bakı. Ənvər Məmmədov - Trend:

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 3 578,8 milyon manat həcmində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bu rəqəm 2017-ci ilin göstəricisini 178,8 milyon manat və ya 5,3 faiz üstələyir:

“2018-ci ildə Fondun gəlirləri strukturunda 63,5 faiz və ya 2,273 milyard manat icbari dövlət sosial sığortası üzrə ödəmələrin payına düşəcək ki, bu da 2017-ci il üçün proqnozlaşdırılan göstəricini 7 faiz üstələyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti