...

Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir (FOTO)

İqtisadiyyat Materials 24 Noyabr 2017 17:19 (UTC +04:00)
İstehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib
Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir (FOTO)

Bakı. Trend:

Salyanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda konfrans keçirilib.

Nazirlikdən aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin əhəmiyyətindən danışıb, Xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə məlumatlar yayılır, ticarət və iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır. Bundan başqa, ticarət qaydalarına əməl olunması ilə bağlı istehlakçıların elektron ünvannına bildirişlər göndərilir, ticarət, iaşə, məişət və digər növ xidmət sahələrində istehlakçılar üçün faydalı olan maarifləndirici məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.

Tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Salyanda satınalan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib

Həmin gün Salyan rayonunda dövlət satınalmalarına həsr olunmuş təlim kursu keçirilib. “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak edib.

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, satınalmalar sahəsində şəffaflığın artması və qanunvericiliyin tələblərinə ciddi riayət olunması, o cümlədən satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərilməsi, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti