...

Azər Türk Bankın ipoteka kreditləri hamı üçün 7 faiz oldu

İqtisadiyyat Materials 2 Fevral 2018 12:11 (UTC +04:00)
Azər Türk Bankın ipoteka kreditləri hamı üçün 7 faiz oldu.
Azər Türk Bankın ipoteka kreditləri hamı üçün 7 faiz oldu

Bakı. Trend:

Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən dövlət bankı Azər Türk Bank maraqlı yeniliklərlə müştərilərini mütəmadi olaraq sevindirir. Hər zaman onlara maliyyə ehtiyaclarının qarşılanmasında köməklik edən bank müxtəlif növ kreditləri daha münasib şərtlərlə təklif etməkdədir.

Bankdan Trend-ə verilən məlumata görə, hazırda Azər Türk Bank “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə ayrılmış adi ipoteka kreditinin illik faiz dərəcəsini endirərək, bütün müştərilər üçün 7% səviyyəsində müəyyənləşdirib. Bundan əlavə, adi ipoteka kreditləri üzrə ilkin ödəniş 25%-dən 20%-ə endirilib.

Kreditin maksimal məbləği 150 000 manat, müddəti 25 ildir.

İpoteka kreditindən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını dolduraraq Azər Türk Banka müraciət edə bilər.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti