...

"A-Qroup" 57 sığortalısının xaricdə müalicəsini ödəyib

İqtisadiyyat Materials 16 Fevral 2018 17:23 (UTC +04:00)
Təəssüf ki, hər il Azərbaycanda xəstəliklərin və xəstələrin sayı artır, xəstələrin yaşı cavanlaşır, xəstəliklər isə daha da çətinləşir.
"A-Qroup" 57 sığortalısının xaricdə müalicəsini ödəyib

Bakı. Trend:

Təəssüf ki, hər il Azərbaycanda xəstəliklərin və xəstələrin sayı artır, xəstələrin yaşı cavanlaşır, xəstəliklər isə daha da çətinləşir.

Vaxtında və peşəkar tibbi yardımın göstərilməsi xəstəlidən tam müalicə olmağın ən vacib şərtidir.

Məhz bu şərti rəhbər tutaraq A-Qroup öz sığortalılarına nəinki Azərbaycanın ən yaxşı klinikalarında hətta xaricdə belə xidmətləri təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, təkcə 2017-ci il ərzində A-Qroup 57 sığortalısının xaricdə müalicəsini təşkil eedi və ödəyib. Sığorta hadisələri: cərrahi müdaxilə, tibbi müayinə, eləcə də onkoloji xəstəliyi olan 35 pasiyentin müalicəsi. Sığortalılar Türkiyənin, Almanyanın, Rusiyanın, İsrailin, Ukraynanın, Belorusiyanın və İranın ən yaxşı klinikalarında müayinə və müalicə alıblar.

Onların çoxları üçün hələ qabaqda aylarla müalicə olunmaq var. A-Qroup onların hər birinə tez bir zamanda sağalmağı arzu edir və inanır ki, hər şey yaxşı olacaq.

Xatırladaq ki, A-Qroup 22 ildir ki, müştərilərini sevən, onların hər birinin ayrılıqda qayğısına qalan və dünya standartlarına cavab verən yüksək peşəkar xidmət göstərən şirkət olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti