...

DP World: Azərbaycanın iqtisadi əsasları çox möhkəmdir (YENİLƏNİB)

İqtisadiyyat Materials 9 May 2018 11:40 (UTC +04:00)
Azərbaycanın iqtisadi əsasları çox möhkəmdir.
DP World: Azərbaycanın iqtisadi əsasları çox möhkəmdir (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın iqtisadi əsasları çox möhkəmdir.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Dünya Limanları Konfransının açılışında “DP World” şirkətinin sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyem deyib.

O bildirib ki, hətta neftin qiymətlərinin aşağı olduğu dövrdə Azərbaycan sosial-infrastruktur istiqamətli və iqtisadi inkişafa yönəlmiş layihələri dayandırmadı:

"Mən çox şadam ki, biz gözəl Bakı şəhərində bu mötəbər konfransa yığışmışıq. Burada 20 il əvvəl olmuşam və hazırda möhtəşəm tərəqqi görürəm".

“DP World” rəhbəri qeyd edib ki, Azərbaycanda yükdaşıma üçün infrastrukturun yaradılması inkişafın mühüm amillərindən biridir:

"Ələtdə Bakı Limanının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan ərazisi ilə hava, dəniz və dəmir yolu üzrə yüklərin daşınmasına imkan verir. Bu, gələcək inkişaf üçün son dərəcə vacibdir. Ən əsası isə bu marşrutlar səmərəlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti