...

Ödəmə terminalları 200 manatlıqların qəbulu üçün uyğunlaşdırılır

İqtisadiyyat Materials 31 May 2018 17:55 (UTC +04:00)
Ödəmə terminallarının quraşdırılması və servis mərkəzləri terminalları yeni, 200 manatlıq əsginasların qəbulu üçün uyğunlaşdırır.
Ödəmə terminalları 200 manatlıqların qəbulu üçün uyğunlaşdırılır

Bakı. Hüseyn Vəliyev - Trend:

Ödəmə terminallarının quraşdırılması və servis mərkəzləri terminalları yeni, 200 manatlıq əsginasların qəbulu üçün uyğunlaşdırır.

“MilliÖN” şirkətindən Trend-ə bildiriblər ki, bu sahədə şirkət tərəfindən aparılan işlər terminalların proqram təminatının yenilənməsini nəzərdə tutur.

“eManat” terminallarının sahibi “Modenis” şirkəti bildirib ki, uyğunlaşdırma prosesi yaxın zamanlarda başlayacaq, 200 manatlıq əsginasların qəbulu funksiyası isə yeni pullar dövriyyəyə çıxarılan kimi işə düşəcək.

Öz növbəsində “AzeriCard” prosessinq mərkəzindən bildiriblər ki, yeni əsginasların bankomatlarda verilməsi və qəbulu prosesi texniki cəhətdən təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti