...

127 min hektar yeni suvarılan sahə kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib

İqtisadiyyat Materials 5 İyun 2018 18:45 (UTC +04:00)
Son dövrlərdə 127 min hektar yeni suvarılan sahə kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib.
127 min hektar yeni suvarılan sahə kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib

Bakı. Samir Əli -Trend:

Son dövrlərdə 127 min hektar yeni suvarılan sahə kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Ə.Əhmədzadənin sözlərinə görə, mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, 4017 kilometr suvarma kanallarının, 2486 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması və tikinti işləri həyata keçirilib, 379 min hektar suvarılan torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb.

Sədr qeyd edib ki, həmçinin 1960 ədəd subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı dağ çaylarında 200 kilometrə yaxın sahilbərkitmə, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləşdirilməsi işləri yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti